Ağır atletika üzrə Azərbaycan çempionatı keçiriləcək


Digərləri 04 Fev 2019 13:40:00 184 0

Ağır atletika üzrə Azərbaycan çempionatı keçiriləcək

7-8 fevral tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında kişilər və qadınlar arasında ağır atletika üzrə Azərbaycan çempionatı keçiriləcək.

Bakı. 7-8 fevral tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında kişilər və qadınlar arasında ağır atletika üzrə Azərbaycan çempionatı keçiriləcək. Trend-in məlumatına görə, Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-ə yaxın atlet qüvvəsini sınayacaq.