İsa Həbibbəyli AMEA-dakı islahatlar barədə: Proses başlayıb, müxtəlif variantlar var


Digərləri 04 Fev 2019 13:45:20 188 0

İsa Həbibbəyli AMEA-dakı islahatlar barədə: Proses başlayıb, müxtəlif variantlar var

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) islahatlar prosesi başlayıb.

Bakı. İlhamə İsabalayeva – Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) islahatlar prosesi başlayıb. Prezident İlham Əliyevin struktur islahatlarının aparılması ilə bağlı verdiyi tapşırıq əsasında Akademiyanın rəhbərliyi tərəfindən buna hazırlıq işləri aparılır. Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli deyib. Onun sözlərinə görə, islahatların aparılması zamanın tələbidir və bununla bağlı qarşılarına konkret vəzifə qoyulub: "AMEA rəhbərliyi də idarəetmənin daha da təkmilləşdirilməsi, elmin daha effektiv nəticələr verməsi üçün zəruri islahatların aparılmasına çalışır" İ.Həbibbəyli qeyd edib ki, Akademiya islahatların aparılması üçün müəyyən təkliflər paketi hazırlayır.