Qız 10 manata görə bacısını yatdığı kişi ilə otağa saldı


Digərləri 04 Fev 2019 13:36:12 223 0

Qız 10 manata görə bacısını yatdığı kişi ilə otağa saldı

Son.az teleqraf.com-a istinadla xəbər verir ki, Beyləqan rayonunda qətl törətməkdə təqsirli bilinən Füzuli rayon sakini, 1990-cı il təvəllüdlü Sədi Kərimovun (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib - red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İttiham aktında qeyd edilib ki, Sədi Kərimov 24 noyabr 2016-cı il tarixdə, saat 13 radələrində 2009-cu ildən etibarən bir neçə dəfə görüşüb və cinsi əlaqədə olduğu Lətifə Səmədovanın yaşadığı Beyləqan rayonu, Mil qəsəbəsindəki evinə gəlib.

10 manata cinsi əlaqə...

O, həmin vaxt Lətifənin evində olan bacısı Ləman ilə pul müqabilində cinsi əlaqədə olmaq istədiyini bildirib. Bu zaman Lətifəyə 10 manat verərək, cinsi münasibətdə olmaq üçün Ləman ilə birlikdə otaqlardan birinə keçib.

Onlar soyunduqdan sonra Sədi Ləmana müəyyən qeyri-etik hərəkətlər etməsini təklif edib.

Əxlaqsız təklifi narazılıq yaratdı

Lakin Ləman onun bu sözlərindən əsəbiləşib və otağı tərk edib, digər otaqda olan bacısı Lətifəyə həmin təkliflə əlaqədar narazılığını bildirib.

Lətifə Sədidən hansı səbəbdən bacısına belə təkliflər etdiyini soruşub, ona iradını bildirib. Buna görə də onların arasında mübahisə yaranıb.

Pula görə bıçağa əl atdı

Mübahisə zamanı Lətifə Sədini evdən həyətə çıxarıb, darvazanın qarşısına ötürərək getməsini tələb edib. Bu zaman Sədi qadından verdiyi 10 manatı qaytarmasını tələb edib.

Lətifə isə ona bacısı Ləman ilə otaqda xeyli vaxt keçirdiyi səbəbindən pulu qaytarmaqdan imtina edib və Sədidən həyəti tərk etməsini istəyib. Lətifənin bu hərəkətlərindən qəzəblənən Sədi onu qəsdən həyatı üçün təhlükəli olan zərər vurmaq qərarına gəlib.

Bu niyyətlə Sədi Lətifənin saçından tutub, onun qarın nahiyəsinə bir dəfə zərbə vurub.

Xəstəxanaya çatdırılsa da...

Lətifə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına vaxtında çatdırılıb və intensiv tibbi yardımların göstərilməsinə baxmayaraq, dekabrın 1-də aldığı xəsarətlərdən xəstəxanada ölüb.

İstintaq orqanı tərəfindən Sədi Kərimovun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə, ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə ittiham elan edilib.

"Kafedə və evində cinsi əlaqədə olmuşam"

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sədi Kərimov ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.

O deyib ki, mərhum Lətifə ilə 2009-cu ildə 1-ci Şahsevən kəndi ərazisində yerləşən "Qoca" kafesində tanıyıb: "Kafedə işləyən Lətifə ilə həm orada, həm də Mil qəsəbəsindəki evində dəfələrlə öz razılığı ilə cinsi əlaqədə olmuşam. Axırıncı dəfə Lətifə ilə yaşadığı evdə onun bıçaqla vurulmasından təxminən bir il altı ay əvvəl görüşdük, cinsi əlaqədə olduq. Onu tanıdığım müddətdə aramızda narazılıq, mübahisə və dava-dalaş olmayıb".

Zərərçəkmiş Lətifə Səmədova bıçaqlandığı günün səhəri xəstəxanada müstəntiqə hadisə ilə bağlı izahat verib. Lətifə vəfat etdiyi üçün onun həmin izahatı cinayət işinə əlavə edilib.

"Əvvəl tanımadım, o isə mənə 10 manat verib dedi ki..."

Lətifə Səmədova izahatında göstərib ki, 2016-cı ilin noyabrın 24-də, saat 13 radələrindən bir qədər keçmiş kiminsə onu çağırmasını eşidib və həyətə çıxıb:

"Həmin şəxs sarışın, 25-30 yaşlarında bir oğlan idi. O, mənə dedi ki, 1 günlük qalmaq üçün ev lazımdır. Mən isə dedim ki, kirayə ev vermirəm. O dedi ki, məni tanımadın, biz tanışıq. Mən dedim ki, tanımadım. O, papağını çıxardı, soruşdu ki, indi də tanımadın? Mən yenə tanımadığımı dedim. Sonra o, cibindən 10 manat çıxardı, mənə verdi ki, cinsi əlaqədə olaq".

"Ləmanı görəndə, ona tamah saldı"

Lətifə Səmədovanın qeydlərinə görə, həmin oğlanla cinsi əlaqədə olmağa razılaşıb və ondan pulu alıb: