2068ci ildə bir şəhər tamamilə dağıla bilər


Digərləri 04 Fev 2019 13:14:00 186 0

2068ci ildə bir şəhər tamamilə dağıla bilər

Apofis asteroid Yer kürəsi ilə toqquşacağı halda çoxmilyonlu şəhər tamamilə məhv ola bilər.

Son.az publika.az-a istinadən xəbər verir ki, bu haqda Rusiya Elmlər Akademiyasının Geosferlərin Dinamikası İnstitutunun mütəxəssisi, fizika-riyaziyyat elmləri doktoru Valeri Şuvalov bildirib.

"Əgər Apofis (diametri 300 metrdən çoxdur - TASS) Moskvaya düşərsə, şəhərdə hər şey məhv olacaq. Həmçinin ciddi dağıntılar Moskva vilayətinin ərazisində yaranacaq. İonosfer şüası, yəqin ki, bütün Avropanı tutacaq", - Şuvalov Rusiya paytaxtının nümunəsində zərbənin təxmini qiymətləndirməsini aparıb.

O əlavə edib ki, ölçüləri Apofis böyüklüyündə olan asteroid hər 10-100 min ildən bir Yer kürəsinə düşür.