PAŞA Sığorta şirkəti talassemiyadan əziyyət çəkən uşaqlar üçün qan vermə aksiyası keçirib


Digərləri 04 Fev 2019 13:19:10 223 0

PAŞA Sığorta şirkəti talassemiyadan əziyyət çəkən uşaqlar üçün qan vermə aksiyası keçirib

PAŞA Sığorta şirkətində Qan Donorlar Assosiasiyasının dəstəyi ilə 2 fevral Azərbaycan Gəncləri Günü münasibəti ilə qan vermə aksiyası keçirilib.

Bakı. PAŞA Sığorta şirkətində Qan Donorlar Assosiasiyasının dəstəyi ilə 2 fevral Azərbaycan Gəncləri Günü münasibəti ilə qan vermə aksiyası keçirilib. İlk öncə şirkətin əməkdaşları həkim nəzarətindən keçirilib, onların sağlamlıq durumu müəyyənləşdikdən sonra aksiyada iştirak etmələrinə icazə verilib. Toplanan qanın talassemiyadan əziyyət çəkən uşaqlara ayrılması nəzərdə tutulub. Həmçinin aksiyada iştirak edən hər bir donora şirkət tərəfindən xüsusi təşəkkürnamə və hədiyyələr təqdim olunub.