Dördüncü Buktreyler Festivalına start verildi


Kriminal 04 Fev 2019 13:05:00 205 0

Dördüncü Buktreyler Festivalına start verildi

Dördüncü Buktreyler Festivalına start verilib.

Son.az xəbər verir ki, bu barədə kinaktyor, prodüser, Buktreyler Festivalının təsisçisi Ruslan Sabirli məlumat verib: "Bildiyiniz kimi, 2016-cı ildən Qafqazda ilk dəfə olaraq Azərbaycanda kitaba və mütaliəyə marağın oyadılması, həmçinin film sənayesində yeni istedadların müəyyən edilməsi məqsədilə Buktreyler Festivalı təsis edimiş və artıq dördüncü ildir ki, uğurla həyata keçirilir. Festival Azərbaycanın aparıcı kütləvi informasiya vasitələrinin informasiya dəstəyi ilə hər il Beynəlxalq Kitab Günü ərəfəsində keçirilir.

Təsadüfi deyildir ki, 2 Fevral Gənclər Günündən start götürən və 23 aprel Beynəlxalq Kitab Günündə başa çatan Buktreyler Festivalı mövcud olduğu müddət ərzində öz ətrafında istedadlı gəncləri toplamaqla bir yaradıcı gənclər hərəkatına çevrilməyi bacarmış və festivala müraciət edənlərin, qəbul edilən buktreylerlərin sayı ildən ilə artmaqdadır. Bütün bunlar əlbəttə ki, festivalın cəmiyyətdə böyük marağa səbəb xəbər verir. Xatırladım ki, qaliblər hər il tərkibi dəyişilən və Əməkdar, Xalq artistlərindən ibarət Münsiflər Heyəti tərəfindən dəyərləndirilir.

Festivalın təşkilati dəstəkçiləri Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Beynəlxalq Muğam Mərkəzi, C.Cabbarlı adına AzərbaycanFilm kinostudiyası; əsas tərəfdaşı isə mobil operator Azercell şirkətidir.

Hər bir kəsi bu əlamətdar hadisədə fəal iştirak etməyə və festivala qoşulmağa dəvət edirəm. Hamıya uğurlar arzulayıram!".