AzTV-də teletamaşa ənənəsinin bərpası ilə bağlı işlərə start verildi


Digərləri 04 Fev 2019 13:00:00 211 0

AzTV-də teletamaşa ənənəsinin bərpası ilə bağlı işlərə start verildi

Azərbaycan Dövlət Televiziyasında tamaşaçıların zövqünü oxşayan, nostalji duyğular aşılayan film-tamaşalar ənənəsi uzun fasilədən sonra bərpa olunur.

Bakı. Azərbaycan Dövlət Televiziyasında tamaşaçıların zövqünü oxşayan, nostalji duyğular aşılayan film-tamaşalar ənənəsi uzun fasilədən sonra bərpa olunur. Trend-in məlumatına görə, Azərbaycantelefilm Yaradıcılıq Birliyinin yeni direktoru, xalq artisti, rejissor Ramiz Həsənoğlu bu vəzifəyə təyin edildikdən sonra sözügedən istiqamətdə işlərə start verilib. Artıq filmlərin siyahısı da dəqiqləşib. Bu qəbildən “Yeni il” adlanan ilk teletamaşanın yazıçı Elçinin "Gül dedi bülbülə" hekayəsinin motivləri əsasında çəkiləcəyi planlaşdırılır və artıq müəlliflə danışıqlara başlanılıb. Ekran əsərləri arasında böyük Azərbaycan şairi, dahi mütəfəkkir İmaddədin Nəsiminin 650 illik yubileyinə ithaf olunan sənədli televiziya filmi də var. "Son gecə" adlanacaq film Rəsul Rzanın Nəsimiyə həsr olunmuş poemasının motivləri əsasında ölməz şairin edamından əvvəlki son gecə haqqındadır.