Ronaldu doğma klubunun məğlubiyyətinə baxdı FOTO


Digərləri 04 Fev 2019 12:24:00 265 0

Ronaldu doğma klubunun məğlubiyyətinə baxdı  FOTO

İtaliyanın "Yuventus" klubunun portuqaliyalı ulduzu Kriştianu Ronaldu vətəni Portuqaliyanın paytaxtı Lissabonda "Benfika" - "Sportinq" matçını izləyib.

Son.az bildirir ki, VİP-tribunada olan K.Ronaldunu qeyri-rəsmi nikahda olduğu Corcina Rodrigeslə böyük oğlu Kriştianu müşayiət edirdi.

Portuqaliya Primeyrasının 20-ci turundakı Lissabon derbisində "Benfika" rəqibini 4:2 hesabla məğlub edib.

"Sportinq"ine doğma arenası "Joze Alvalede"də oynanan matçda qolları Fernandeş, 43, Dost, 89 (pen.), Seferoviç, 11, Feliks, 36, Dias, 46, və Pissi, 72 (pen.) vurublar.

Xallarının sayını 47-yə çatdıran "Benfika" çempionluq uğrunda "Portu"nu təqib edir.


Xəbərə aid fotolar