Bu il 36 min nəfərə pensiya təyin olunacaq


Digərləri 04 Fev 2019 12:17:00 205 0

Bu il 36 min nəfərə pensiya təyin olunacaq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, pensiya təyinatının elektron infrastrukturu qurularaq, cari ilin əvvəlindən ölkəmizdə pensiyaların elektron qaydada təyinatına başlanılıb.

Yanvar ayında artıq 3 mindən çox şəxsə avtomatlaşdırılmış qaydada pensiya təyin olunub.

Son.az Trend-ə istinadən bildirir ki, pensiya yaşı (kişilər üçün 64 yaş, qadınlar üçün 61 yaş) tamam olduğu gün həmin vətəndaşlara pensiya təyinatı həyata keçirilib. Həmin gün onlara bu barədə (həmçinin pensiyanın məbləği, bank kartını əldə edəcəyi bank filialı və vaxt barədə) "sms", e-mail və ya rəsmi məktubla məlumat verilib.