İcra Hakimiyyəti: Bərdədə tapılan azyaşlıların qeydiyyat yeri bilinmir


Digərləri 04 Fev 2019 11:44:00 448 0

İcra Hakimiyyəti: Bərdədə tapılan azyaşlıların qeydiyyat yeri bilinmir

Bərdədə küçədə tapılan iki azyaşlı ilə bağlı araşdırma aparılır.

Bakı. Samir Əli - Bərdədə küçədə tapılan iki azyaşlı ilə bağlı araşdırma aparılır. Bu barədə Trend-ə açıqlamasında Bərdə Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Əlizamin İsayev deyib. Onun sözlərinə görə, hazırda uşaqlarla bağlı araşdırma aparılır: "Hələlik araşdırma aparılır ki, uşaqlar və valideynləri hansı rayonda qeydiyyatdadır. Hələ bu məlumatlar tam dəqiqləşməyib. Rəsmi dəqiqləşdirilmə aparılandan sonra aidiyyəti qurumlara məlumat veriləcək".