"İrşad Electronics" yeni "Honor 10 Lite" smartfonunun təqdimatını keçirib


Digərləri 04 Fev 2019 11:25:00 469 0

"İrşad Electronics" yeni "Honor 10 Lite" smartfonunun təqdimatını keçirib

2 Fevral 2018-ci il tarixində Bakıda "Four Seasons" mehmanxanasında "İrşad Electronics" şirkəti tərəfindən "Honor 10" ailəsinin yeni üzvü olan "Honor 10 Lite" modelinin təqdimatı keçirilib. Təqdimatda media nümayəndələri, blogerlər və şirkətin dilerləri iştirak ediblər.

Tədbirin açılışıda çıxış edən "İrşad Electronics" şirkətinin Satışa nəzarət departamentinin rəhbəri Aris Şıxaliyev bildirdi ki, "Honor" telefonları həm parametrlərinə, həm də qiymətlərinə görə bazarda özünü doğruldub. Artıq yüksək parametrlərə malik telefonları münasib qiymətlərə almaq mümükündür:

""Honor 10 Lite" aşağı qiymətinə qarşı qəşəng dizayna, geniş xüsusiyyətlərə malik bir telefondur. 24 meqapiksel kameraya, 3 GB əməliyyat, 32 GB daxili yaddaşa malik bu telefonun qiyməti cəmi 499 manatdır. Digər markaların "Honor 9 Lite" səviyyəsində parametrlərə malik olan modelləri daha bahadır".

 "HONOR"DAN BÖYÜK HƏDƏFLƏR

Təqdimat mərasimində "Honor" şirkətinin nümayəndəsi çıxış edərək bildirdi ki, "Huawei" şirkətinin tərkibində fəaliyyət göstərən "Honor" münasib qiymətlərə geniş funksiyalı telefonlar istehsal edir. Şirkət 2020-ci ildə beşinci, 2022-ci ildə isə üçüncü ağıllı telefon istehsalçısı olmağı hədəfləyir.

TELEFONUN ÜZÜNÜN 90 FAİZİNİ EKRAN TUTUR

Daha sonra "Honor 10 Lite" modelinin xüsusiyyətləri barədə məlumat verildi. Bildirildi ki, telefonda ilk diqqəti çəkən geniş ekranıdır. Telefonun üzünün 90%-i ekrandan ibarətdir. 6.2 düymlük ekrana malik "Honor 10 Lite"da, "Full HD + IPS LCD" ekrandan istifadə edilir.

GÜCLÜ PROSESSORU İLƏ SÜRƏTLİ İŞLƏYİR

Qəşəng dizayna malik "Honor 10 Lite" telefonu gücünü "Kirin 710" prosessorundan alır. Bu prosessor daha qüsursuz bir performans təqdim edir, yəni telefon "donmur". 3 GB RAM  ağıllı telefonun əməliyyat sürətini yüksəldir. Azərbaycan bazarında "Honor 10 Lite"ın 32 GB daxili yaddaşa malik versiyası təqdim edilir. Yaddaşı MicroCD kart ilə  512 GB-a qədər artırmaq mümkündür.

"Honor 10 Lite" telefonu "Andorid 9 Pie" əməliyyat sistemi ilə təchiz edilir.

OYUN HƏVƏSKARLARI ÜÇÜN MÜKƏMMƏL TELEFON

"Honor" şirkəti texnologiyanı modaya və gənclərin ehtiyaclarına adaptasiya edir. "Honor 10 Lite" modelində "Honor" şirkətinin cığır açan "GPU Turbo" qrafik texnologiyası da mövcuddur. Bu texnologiya oyun həvəskarlarının ürəyincə olacaq. "Honor 10 Lite"da yüksək kadr sürətindəki oyunları oynamaq zövq verir. Eyni zamanda, oyun oynadıqda "GPU Turbo" sayəsində batareyanın enerjisi gec tükənir.

24 MEQA PİKSEL SELFİ KAMERASI


Xəbərə aid fotolar