Bakıda 26 yaşlı oğlanın meyiti yaşadığı evdən tapıldı


Digərləri 04 Fev 2019 11:19:21 289 0

Bakıda 26 yaşlı oğlanın meyiti yaşadığı evdən tapıldı

Bakıda gənc oğlanın meyiti tapılıb.

Bakı. Samir Əli - Bakıda gənc oğlanın meyiti tapılıb. Binəqədi rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə rayonun Binəqədi qəsəbəsində baş verib. Fevralın 2-də Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülüstan küçəsi, döngə 12-də fərdi evdə yaşayan 1992-ci il təvəllüdlü, Nuriyev Seyran Tofiq oğlunun yaşadığı evdə ölməsi ilə bağlı daxil olan məlumat əsasında dərhal hadisə yerinə baxış keçirilib, ölüm səbəbinin müəyyən edilməsi məqsədilə məhkəmə tibb ekspertizası təyin olunub.