Qar və çovğun İranın 18 vilayətini cənginə alıb


Dünya 04 Fev 2019 10:35:00 240 0

Qar və çovğun İranın 18 vilayətini cənginə alıb

Ötən 2 gün ərzində İranın 18 vilayəti sel, daşqın, qar və çovğunla üzləşib.

Son.az-ın Trend-ə istinadən məlumatına görə, bunu İranın Qırmızı Aypara Cəmiyyəti Yardım və Xilasetmə Təşkilatının sədri Murtaza Səlimi açıqlamasında deyib.

M.Səliminin sözlərinə görə, Şərqi Azərbaycan, Ərdəbil, Tehran, İsfahan, Cənubi Xorasan, Şimali Xorasan, Xuzistan, Zəncan, Simnan, Sistan və Bəluçestan, Fars, Qəzvin, Kürdüstan, Kirmanşah, Gülüstan, Gilan, Mazandaran və Hörmüzqan vilayətlərində daşqın, qar və çovğun var.