Qurban Qurbanov: "Oyunu gözələşdirən azarkeşlər oldu"


İdman 04 Fev 2019 10:10:00 264 0

Qurban Qurbanov: "Oyunu gözələşdirən azarkeşlər oldu"

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XV turunda "Neftçi"ylə evdə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransı keçirib.

Goal.az xəbər verir ki, təcrübəli çalışdırıcı öncə oyun barədə danışıb.

- Düşünürəm ki, maraqlı matç alındı. Deyərdim ki, əsl derbidir. Hiss olunurdu ki, hər iki komanda qalib gəlmək istəyir. Oyunu gözələşdirən azarkeşlər oldu. Futbolçularıma nəticəyə baxmayaraq, təşəkkür etmək istəyirəm. Layiqli mübarizə apardılar.

Komandanızın çempionatada hazır olmadığı görünürdü...

- Əlbəttə, çatışmazlıqlar var. Pis oyun göstərmədik. Xeyli düşünülmüş hücumlar qurduq. 2-3 turdan sonra daha mobil komanda olacağıq.

Qış fasiləsindən əvəvlki və indiki "Neftçi" arasında fərq gördünüzmü?

- Fikir demək tez olar. "Neftçi"də ilk dövrədə olduğu kimi, qalib ruhu hiss olunurdu. Göründü ki, ciddi hazırlaşıblar. Yenə də bizə asan olmadı.

Bordin nəticəni uğurlu saydı. Bəs siz?

- Normal nəticədir. Qalib gəlsəydik, daha yaxşı olardı. Buna rəğmən, qarşıdakı oyunlara yaxşı hazırlaşmışıq. Rəqib də 3 xallıq fərqi qoruyub saxlamaq istəyirdi və buna nail oldu.

"Qarabağ"a qayıdan Riçard Almeydanın oyunu sizi qana etdi:

- Bəli, Hər bir futbolçudan razı qaldım.