Daşınmaz əmlakın səyyar qeydiyyat xidmətləri Pirşağıda


Digərləri 04 Fev 2019 10:09:21 254 0

Daşınmaz əmlakın səyyar qeydiyyat xidmətləri Pirşağıda

Bu həftə “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” sosial aksiyasından paytaxtın Pirşağı qəsəbəsinin sakinləri yararlana biləcək.

Bakı. Daşınmaz əmlakını dövlət qeydiyyatına almaq istəyən, lakin müvafiq qurumlara müraciət etmək imkanı olmayan şəxslər Əmlak Məsələləri Dövlət Komitəsinin keçirdiyi səyyar kampaniyalarda iştirak edə bilər. Bu həftə “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” sosial aksiyasından paytaxtın Pirşağı qəsəbəsinin sakinləri yararlana biləcək. Komitədən Trend-ə verilən məlumata görə, daşınmaz əmlakın qeydiyyatı üzrə xidmətlər 04-08 fevral tarixlərində saat 09:00-dan 17:00-a qədər Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Qurtuluş küçəsindəki (keçmiş Əjdər Məlikov küçəsi) (Anar marketin yaxınlığında) mobil ofisdə göstəriləcək.