Rusiyada məşhur müğənnini qarət edən
Dünya 04 Fev 2019 09:32:00 206 0
Rusiya Federasiyasının Xakasiya Respublikasında iki il müddətində fermerləri aldadan Azərbaycan vətəndaşı saxlanılıb.
Son.az oxu.az-a istinadən xəbər verir ki, tvrts.ru portalının verdiyi məlumata görə, onun bir neçə cinayətdə əli olduğu bildirilib.
Məlumatlara görə, Yeni il gecəsi Ust-Abakansk rayonundakı fermalardan birindən naməlum şəraitdə ev heyvanları yoxa çıxıb. Ferma sahibi "ArT-eL" musiqi qrupunun rəhbəri Andrey Aleyev işçlərindən biri tərəfindən qarət edildiyini qeyd edib.
Hadisədən sonra Samir Alışanov gizlənməyə nail olub. A.Aleyev polisə şikayətində bildirib ki, Azərbaycan vətəndaşı bir gecədə ona üç milyon rubldan çox (78 min AZN-dən çox) zərər verib. Ev heyvanları ilə yanaşı, S.Alışanov A.Aleyevin avtomobilini də qaçırıb.
Mənbə: milli.az