Şəhid atası: "Prezident İlham Əliyev şəhid ailələrini həmişə diqqətdə saxlayır, yerli icra hakimiyyəti orqanlarına müvafiq göstərişlər verir"


Digərləri 04 Fev 2019 08:49:00 210 0

Şəhid atası: "Prezident İlham Əliyev şəhid ailələrini həmişə diqqətdə saxlayır, yerli icra hakimiyyəti orqanlarına müvafiq göstərişlər verir"

Azərbaycan Prezidenti cənab İlham Əliyev daim şəhid ailələrinə dəstək olub.

Son.az bildirir ki, bunu Trend-ə açıqlamasında şəhid Rauf Mahmudovun atası Gülverdi Mahmudov deyib.

Şəhid atası bildirib ki, övladını itirdikdən sonra həmişə dövlətdən kömək və qayğı görüb:

"Şəxsən mən həmişə dövlətin diqqət və qayğısını görmüşəm: övladımın adının əbədiləşdirilməsi, şəhid ailəsi kimi mənə müavinət verilməsi, güzəştlərin tətbiq edilməsi və sair. Ümummilli lider, mərhum prezidentimiz Heydər Əliyevin şəhid ailələrinə diqqət və qayğısı göz qabağında olub".

G.Mahmudov əlavə edib ki, 2003-cü ildən isə Prezident İlham Əliyev şəhid ailələrini həmişə diqqətdə saxlayır, yerli icra hakimiyyəti orqanlarına bu barədə göstərişlər verir.