Tramp ABŞın kəşfiyyat xidməti orqanlarına inanmadığını bildirib


Dünya 04 Fev 2019 08:33:00 219 0

Tramp ABŞın kəşfiyyat xidməti orqanlarına inanmadığını bildirib

ABŞ prezidenti Donald Tramp Amerika kəşfiyyat xidməti orqanlarının İranın nüvə sazişinə əməl etməsi fikri ilə razı deyil.

Son.az report-a istinadən bildirir ki, o bunu CBS telekanalına müsahibəsində deyib.

"Mənim kəşfiyyatım var, amma bu o demək deyil ki, mən onlarla razı olmalıyam", - deyə Tramp bildirib və Kiçik Corc Buşun İraqda hər növ kütləvi qırğın silahının olmasına dair kəşfiyyat məlumatlarına inanmasını nümunə gətirib.