Roma Papası Birləşmiş Ərəb Əmirliklərinə tarixi səfərə gəlib


Dünya 04 Fev 2019 07:41:00 204 0

Roma Papası Birləşmiş Ərəb Əmirliklərinə tarixi səfərə gəlib

Fevralın 3-də Roma Papası Fransisk Birləşmiş Ərəb Əmirliklərinə tarixi səfərə gəlib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, beynəlxalq hava limanında ali qonağı Əbu-Dabinin vəliəhdi Şeyx Məhəmməd bin Zayed Al Nəhyan və Əl-Əzhər məscidinin baş imamı Şeyx Əhməd Əl-Tayyib qarşılayıblar.

Bu gün Roma Papasının Əbu-Dabinin vəliəhdi Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla görüşü planlaşdırılıb.

Həmçinin Roma Papası ilə Əl-Əzhər məscidinin baş imamı Şeyx Əhməd Əl-Tayyib arasında insanların qardaşlığı və dünyada sülhün təmin olunmasının dəstəklənməsi məsələləri müzakirə olunacaq. Bu əlamətdar hadisənin təşkili BƏƏ-nin qardaşlıq və tolerantlıq, humanizm kimi bəşəri dəyərlərin, habelə bütün insanların və dinlərin dinc yanaşı yaşamasının dəstəklənməsi işinə daha bir töhfəsi olacaq.