Cənub bölgəsinin məşhur yeməyi VİDEO FOTO


Digərləri 04 Fev 2019 07:00:00 281 0

Cənub bölgəsinin məşhur yeməyi  VİDEO  FOTO

Azərbaycanın cənub bölgəsinin ən məşhur yeməyi ləvəngidir. Bu bölgədə ləvənginin müxtəlif növləri hazırlanır. Balıqdan, toyuqdan, çöl quşundan hazırlanan dadlı ləvəngi qonaqların da çox xoşladığı təamlardandır.

Son.az bildirir ki, Lənkəranda bişirdiyi dadlı yeməkləri ilə tanınan aşpaz Mehman Kərimov AZƏRTAC-ın bölgə müxbirinə balıq ləvəngisinin hazırlanma qaydasından danışıb. Bildirib ki, ən ləzzətli ləvəngi yalnız Xəzər dənizindən tutulan kütüm balığından bişirilir. Ləvənginin tərkibini qoz ləpəsi, soğan, turşu, duz və istiot təşkil edir. Yeməyin hazırlanması heç də çətin deyil. Əsası odur ki, təzə balıqdan istifadə edilsin. Əgər balığın kürüsü varsa, o, atılmamalıdır. Ondan ləzzətli ləvəngi içi hazırlamaq olar.

Mehman Kərimov deyib: "Ləvənginin içini hazırlamaq üçün soğan və qoz ayrı-ayrılıqda ət maşınından keçirilməlidir. Sonra soğanı tənzifə qoyaraq suyunu sıxmaq lazımdır. Daha sonra qoz, soğan, turşu, zövqə görə duz-istiot, nar dənələri, əgər varsa kürü qabda bir yerdə qarışdırılmalıdır. Balığın içinə və üstünə turşu sürtülməlidir. Balığın içi hazırlanmış ləvəngi içliyi ilə doldurulur. Yaxşı olar ki, balıq ləvəngisi təndirdə, olmadıqda isə sobada bişirilsin. Dəmir lövhə üzərində təndirə qoyulduqdan 40-45 dəqiqə sonra ləvəngi hazırdır".


Xəbərə aid fotolar