Şizofreniyadan müalicə olunan qatil saxta sənədlərlə xəstəxanada terapevt işləyib


Digərləri 04 Fev 2019 06:30:00 241 0

Şizofreniyadan müalicə olunan qatil saxta sənədlərlə xəstəxanada terapevt işləyib

Rusiyanin Çelyabinsk vilayətində şizofreniyadan müalicə olunan qatilin saxta sənədlərlə xəstəxanada terapevt işlədiyi məlum olub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Çelyabinsk sakini Boris Kondraşin 1998-ci ildə 16 yaşında olarkən ağır cinayət törədib. Sinif yoldaşını evinə dəvət edən Kondraşin ona yüksək dozada narkotik maddə vurub. O zamanlar cadugərliklə maraqlanan Kondraşin sinif yoldaşı yatdıqdan sonra onun meyidini parçalayıb. Bu cinayətinə görə 10 il xüsusi qapalı xəstəxanada müalicə almış qatil sonradan dispanser nəzarətində qalmaqla azadlığa buraxılıb.

Azadlığa çıxdıqdan sonra Kondraşin saxta həkim diplomu əldə edib və Çelyabinsk şəhər xəstəxanasında terapevt kimi fəaliyyətə başlayıb, peşəkar həkimlərin forumlarının fəal iştirakçısına çevrilib. Belə forumlardan birində onun cinayət işinin təfərrüatlarından xəbərdar olan psixiatrlardan biri Kondraşinin şəklini görüb və 1998-ci ildə cinayət işinin fiqurantını tanıyıb.