Misir piramidalarını nəhəng insanlar tikib? Gizli saxlanılan tarixi faktlar


Digərləri 04 Fev 2019 04:30:00 221 0

Misir piramidalarını nəhəng insanlar tikib?  Gizli saxlanılan tarixi faktlar

Dünya xalqlarının əfsanələrində nəhənglər, azmanlar və titanlar barədə məlumatlar var. Bu barədə hətta qədim kitabələrdə də qeydlər var.

Son.az ölkə.az-a istinadən bildirir ki, gizli saxlanılsa da, bəzən dünyanın müxtəlif nöqtələrindən anomal hündürlüyü olan insan sümüklərinin tapıldığı barədə məlumatlar, fotolar üzə çıxır. Bəlkə bəşəriyyətin əcdadı nəhənglər olub?

Böyük Səhrada daş dövrünə aid sərdabə tapılıb. Qalıqların yaşı 5000 ildir. 2005-2006-cı illərdə 200-ə yaxın belə sərdabə tapıldı. İnsan qalıqlarının hamısı isə 2 metrdən hündür idi.

Nəhəng insan sümüklərinə Türkiyə ərazisində də rast gəlinib. İnsan ayağının bir sümüyünün uzunluğu 120 sm-dir. Bu isə o insanın boyunun 5 metrdən hündür olması mənasına gəlir.

Çində tapılan qalıqlara əsasən isə, qəbirdəki insanın boyu 3.5 metr, çəkisi isə 300 kq olub. Avstraliyada antropoloqlar eni 42 sm, hündürlüyü isə 67 sm olan daşlaşmış diş tapıblar. Hesablamalara əsasən, bu dişin sahibinin boyu 7.5 metr, çəkisi isə 370 kq olub. Analizlər zamanı isə qalıqların 9 milyon il əvvələ aid olduğunu üzə çıxarıb.

Mağaraların birində isə insana aid alt çənə sümüyü tapılıb. Bu qeyri-adi sümük çox böyük idi.