"Mançester Siti" öz meydanında "Arsenal"a qalib gəldi


Digərləri 04 Fev 2019 00:34:35 209 0

"Mançester Siti" öz meydanında "Arsenal"a qalib gəldi

"Mançester Siti" komandası İngiltərə Çempionatının 25-ci turu çərçivəsində Londonun "Arsenal" klubunu qəbul edib.

Bakı. "Mançester Siti" komandası İngiltərə Çempionatının 25-ci turu çərçivəsində Londonun "Arsenal" klubunu qəbul edib. Trend-in məlumatına görə, meydan sahibləri 3:1 hesabı ilə qalib gəliblər. "Etihad" stadionunda keçirilən oyunda hesabı birinci dəqiqədə Serxio Aquero açıb. 10 dəqiqə sonra oyunda hesab bərabərləşib: Loran Kosyelni fərqlənib.