Günün qoroskopu: Yeni faydalı vərdişləri əxz edin


Digərləri 04 Fev 2019 00:01:00 246 0

Günün qoroskopu: Yeni faydalı vərdişləri əxz edin

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - yeni planlarla tələsməyin. Əvvəl başladığınız işi başa vurun. İşdə yeni mövqedən ən çətin sahələrə nəzər salın, ağır problemi həll etməyə çalışın.

Maddi perspektivlər formalaşır. Situasiya səbr və ən müxtəlif insanlarla əlaqələr yaradılmasını tələb edir. Ümumi məqsəd və gələcəklə bağlı planları tərəfdaşlarla müzakirə edin. Hər konkret situasiyada davranışla bağlı intuisiyanıza güvənin.

Mühüm saydığınız məsələyə cavab ala bilərsiniz.

İstirahət üçün vaxt tapın. Səhhətinizin qeydinə qalın.

Özünüzü çox yormayın.

Buğa - nisbətən sakit gündür. Yeni işlərə başlamağa tələsməyin. Axtardığınız məlumatı tapmaq üçün səy göstərin. Təcrübəli insanlarla əlaqədə olun, müvafiq məlumat mənbələrinə üz tutun.

İşgüzar perspektivlər şəxsi münasibətlərlə qarışmasın. Bütün problemləri danışıqlarla, soyuqqanlı şəkildə həll etmək olar. Sevdiyiniz insanla təmaslarda həssas və qayğıkeş olun.

Tələsməyin, aramla davranın.

Axşam saatlarında gəzintiyə çıxa bilərsiniz.

Əkizlər - ideyalar və planlar səviyyəsində olan işləri həyata keçirin. Yaxın iki ayla bağlı planları dəqiqləşdirmək olar. Fəaliyyətiniz üçün faydalı ola biləcək informasiya arayın.

Məsləhətləşmə, toplantı, yazışma, işgüzar tərəfdaşlarla görüş üçün yaxşı gündür. Günün ikinci yarısında xoş olmayan xəbər ala bilərsiniz.

Bir plan çərçivəsində işləmək üçün başqa planlardan müvəqqəti imtina etmək gərəkdir. Vəziyyəti yaxınlarınız və həmfikirlərlə müzakirə edin. Ümumi işi bir daha nəzərdən keçirin.

Şəxsi münasibətlərdə həssas olun, əlaqələrin önəmini azaltmayın.

Axşam saatlarında nisgil hiss edə bilərsiniz.

Xərçəng - ikinci dərəcəli işləri diqqət mərkəzində saxlamayın. Maraq obyektləri dəyişə bilər. Xəbərlər sizi cari işlərdən ayırmasın. Görüş, önəmli məlumatın alınması, spontan toplantılar, təmaslar ola bilər.

Praktik mənası olan işlərlə məşğul olun, hisslərlə illüziyalar aləminə qapılmayın. İntellektual və yaradıcı fəaliyyətdə uğurlar əldə edə bilərsiniz.

Səhhətinizə fikir verin. Axşam saatlarında gəzintiyə çıxın, xoş insanlarla ünsiyyətdə olun. Hisslərdə konkretliyə nail olmaq üçün əlverişli zamandır.

Şir - yeni ideyaları reallaşdırmağa tələsməyin. Yarımçıq işləri başa vurun, cari situasiyaya maksimum diqqət ayırın. Ev işlərini ön plana çıxarmayın. Yaxın ətrafınızdakı insanlarla qarşılıqlı fəaliyyətdə süstlük nümayiş etdirməyin.

Ailə üzvləriniz və ya qohumlarınızın həyatında önəmli hadisələr yaşana bilər.

Yenilənmələr zamanı başlayır. İşlərdə və ya münasibətlərdə önəmli mərhələni sonuclandırın. Real ideyaları həyata keçirin. Emosiyaların fəaliyyətinizə təsir etməsinə imkan verməyin.

Qız - hansısa mövzu pikə yaxınlaşır. Dəyişikliklər və yeniliklər rahat olmayacaq. Nə isə narazılığınıza səbəb olursa, problemi dərhal həll etməyə çalışın. Səhvlərin fəsadlarının aradan qaldırılması, münasibətlərə aydınlıq gətirilməsi, barışıq üçün pis gün deyil. Məşğul olduğunuz işlə bağlı maraqlı ideya yarana bilər. Yaxşı məsləhət aldığınızı düşünürsünüzsə, ondan yararlanmağı unutmayın.

Maraqlı informasiyalar alacaqsınız. Köhnə fayllar, yazılar və məlumatlarda ilginc məqam aşkarlana bilər. Yeni mövzu ideyalar səviyyəsində impuls alır.