Həzrət Peyğəmbərdən 100 kəlam


Digərləri 03 Fev 2019 22:45:00 320 0

Həzrət Peyğəmbərdən 100 kəlam

Əgər həqiqi mömin olmaq istəyiriksə, gərək Allahın ən şərəfli bəndəsinin buyuruşlarına diqqət edək və onlara əməl edək.

Son.az deyerler.org-a istinadən bildirir ki, Həzrət Peyğəmbərin (s) biz müsəlmanlara tövsiyə etdiyi 100 kəlam ilə tanış olaq:

1. "Adəm övladı hər nə qədər qocalarsa iki sifət onda cavanlaşar: hərislik və arzu".

2. "Mənim ümmətimin iki dəstəsi vardır ki, əgər islah olarlarsa, ümmətim də islah olar. Əgər fasiq olarlarsa, mənim ümmətim də fasiq olar: alimlər və valilər".

3. "Siz hamınız bir-birinizin nəzarətçisi olmağa məsulsunuz".

4. "Hamını malla razı salmaq olmur, ancaq gözəl əxlaqla olur".

5. "Yoxsulluq bəladır. Ondan da pisi - bədən xəstəliyidir. Bədən xəstəliyindən çətini isə qəlb xəstəliyidir".

6. "Mömin, davamlı olaraq hikmət axtarışında olar".

7. "Elmi yaymağın qarşısını almaq olmaz".

8. "İnsan qəlbi pər kimidir ki, səhrada ağacın budağından asılar. Küləyin əsməsindən daima mübarizədədir, alt-üst olar".

9. "Müsəlman o kəsdir ki, başqa müsəlmanlar onun əlindən və dilindən amanda olarlar".

10. "Yaxşı işə yönləndirmək - o işi görmək kimidir".

11. "Hər bir yanan qəlbin savabı vardır".

12. "Behişt, anaların ayağı altındadır".

13. "Qadınlarla rəftar edəndə Allahdan qorxun və onların barəsində yaxşılığı əsirgəməyin".

14. "Hamının Allahı birdir və hamının atası birdir. Hamı Adəmin (ə) övladıdır və Adəm (ə) də torpaqdandır. Sizin Allah yanında ən əziziniz - sizin təqvalılarınızdır".

15. "İnadçılıqdan çəkinin ki, hərəkvericisi - nadanlıq və hasili - peşmançılıqdır".

16. "Ən pis insan o kəsdir ki, günahı bağışlamaz və büdrəməyə göz yummaz. Ondan da pisi o kəsdir ki, insanlar onun əziyyətindən amanda olmaz və yaxşılığına ümidvar olmaz".

17. "Qəzəblənmə və əgər qəzəblənsən, Allahın qüdrəti haqqında düşün".

18. "Səni tərifləyən zaman de: "Ey Allahım! Məni güman etdiklərindən daha yaxşı et! O şeyi ki, mənim haqqımda bilmirlər, mənim üçün bağışla. Məni onların dediklərinə məsul qərar vermə!"".

19. "Yaltağın üzünə torpaq atın".

20. "Əgər Allah, bəndəsinin xeyirini iradə edərsə - nəfsini, onun xətibi və rəhbəri qərar verər".

21. "Mömin üçün gecə və gündüz keçməz, məgər o halda ki, özünə xəta gümanı edər".

22. "Sənin ən sərt düşmənin - əmmarə nəfsdir ki, sənin iki böyrün arasında yerləşir".

23. "Ən igid insan o kəsdir ki, havayi-nəfsinə qalib olar".

24. "Havayi-nəfsinizlə mübarizə aparın ki, öz varlığınızın hakimi olasınız".

25. "Xoş olsun o kəsin halına ki, öz eyi blərinə diqqət etməsi, onu başqalarının eybinə diqqət etməkdən saxlayar".

26. "Doğruluq qəlbə aramlıq verər və yalandan isə şəkk və peşmançılıq doğar".

27. "Mömin asan üns tapar (yəni, yaxın olar, dil tapar), başqalarının mənusu (yaxın insanı) olar".

28. "Möminlər bir binanın hissəsi kimi bir-birini saxlayarlar".

29. "Möminin dostluqdakı məsəli - bədənin məsəli kimidir ki, onun bir üzvü ağrıyanda, başqa üzvləri də yuxusuzluğa və hərarətə düçar olar".

30. "İnsanlar darağın dişləri kimi bərabərdirlər".

31. "Elm axtarışında olmaq hər bir müsəlmana vacibdir".

32. "Nadanlıqdan ağır yoxsulluq, aqillikdən uca sərvət və təfəkkürdən ali ibadət yoxdur".

33. "Beşikdən qəbrə qədər elm öyrənən olun".

34. "Elm ardınca olun, baxmayaraq ki, Çində olsa belə".

35. "Möminin şərafəti - gecə ibadətində, izzəti - başqalarından ehtiyacsız olmasındadır".

36. "Alimlər, öyrənməyə susuzdurlar".

37. "Aşiq olmaq, (insanı) kar və kor edər".

38. "Allahın əli camaatladır".

39. "Təqva, cana və bədənə rahatlıq verər".

40. "Hər kim 40 gün Allaha görə yaşayarsa, hikmət bulağı onun qəlbindən dilinə axar".

41. "Ailə ilə vaxt keçirtmək - Allah yanında, məscidin küncündə olmaqdan daha yaxşıdır".

42. "Sizin ən yaxşı dostunuz o kəsdir ki, eyiblərinizi sizə göstərər".

43. "Elmi, yazmaq bəndinə alın (yəni bildiklərinizi yazın)".

44. "O zamana qədər ki, qəlb düzəlməz - iman da düzəlməz. O zamana qədər ki, dil düzəlməz - qəlb düzəlməyəcəkdir".

45. "O kəsin ki, ağlını imtahana çəkməmisiniz, İslama gəlməsini həqiqi hesab etməyin".

46. "Ancaq ağılla yaxşılıqlara çatmaq olar. O kəsin ki, ağlı yoxdur - dindən yoxsuldur".

47. "Nadanın ziyanı, günahkarların dinə vurduğu ziyandan daha çoxdur".

48. "Mənim ümmətimin hər aqil insanına bu dörd şey zəruridir: elmə qulaq asmaq, yadda saxlamaq, elmi yaymaq, ona əməl etmək".

49. "Mömin bir deşikdən iki dəfə sancılmaz".

50. "Mən ümmətim üçün tədbirsizlikdən qorxuram, yoxsulluqdan deyil".

51. "Allah gözəldir və gözəlliyi sevir".