Fransada ərzaq məhsullarının qiyməti artırılır


Digərləri 03 Fev 2019 22:25:00 262 0

Fransada ərzaq məhsullarının qiyməti artırılır

Fransada ərzaq qiymətlərinin artırılması ilə bağlı tətbiq edilən yeni qanuna əsasən, "Nutella", "President Camembert", "Ricard Pastis" və "Carte Noire" kofe kimi məhsulların qiyməti qalxıb.

Son.az insider.az-a istinadən bildirir ki, bu o deməkdir ki, ərzaq və içki brendlərinin çoxu daha maya dəyərində satılmayacaq. Belə ki, mənfəət marjası ən azı 10% olmalıdır. Lakin bir çox mağazaların özlərinin brend məhsulları bir qədər ucuz satılacaq. Belə məhsulları adətən xırda firmalar istehsal edir.

Yeni qanunun ümid edildiyi kimi işləyəcəyi barədə şübhələr də var.

10% mənfəət marjası o deməkdir ki, qida və içki əvvəl 1 avroya satılırdısa, indi ən azı 1,1 avro olacaq. Lakin bu qanun kiçik marketlərdən çox supermarket və hipermarketlərə təsir edəcək. Bunun səbəbi isə odur ki, böyük satış mərkəzləri məşhur brendləri olduğu maya dəyəri və ya ona yaxın qiymətə satır.

"Carrefour" şirkətinin qiymətlərinin orta hesabla 5% artıracağı gözlənilir. Şirkətin açıqlamasına görə, bu, satışda olan 25000 brenddən 1000 qida və içki brendinə təsir edəcək.