Həyatının 1ci ayında körpənin inkişafı


Digərləri 03 Fev 2019 22:02:00 249 0

Həyatının 1ci ayında körpənin inkişafı

Həyatının ilk ayı ərzində körpə mövcudluğunu yeni şəraitə öyrəşdirməli, həyatın yeni qaydalarına uyğunlaşmalıdır.

Bu ay ərzində o hiss etmədən çox şey öyrənmiş və artıq çox şey bacarmış olur.

Yeni doğulmuş körpələrin özəllikləri

- Anayam.az bildirir ki, yeni doğulmuş körpənin çəkisi ümumilikdə 2,5 - 4,5 kq arasında dəyişir. Aylıq minimum 500-600 qr kilo almaları normaldır.

- 1 aylıq körpələr gündə orta hesabla 16-19 saat arası yatarlar ancaq oyaq qaldıqları müddət zamanla artar.

- Əgər hər hansı bir problem yoxsa uşağınızı ilk ay mütləq ana südü ilə bəsləməlisiniz. Hər ananın südü öz körpə üçün əvəzsiz olaraq formula edilmişdir. Bu üzdən hər körpə ilk 6 aylıq dövrdə ana südü bütün qidalanma ehtiyacını ödəyir. Tez-tez əmizdirmək südün artmasında da ən böyük amildir. Körpəmin qarnı doyurmu kimi sual yaşayan valideynlər ifrazat və sidiyə nəzarət etməlidirlər. Bir aylıq körpə, gündə 4-5 dəfə ifrazat edirsə o körpə doyur. İfrazatları qatı deyil, maye konsistensiya olmalıdır.

- Birinci ayın sonunda balaca artıq tədricən embrion vəziyyətindən çıxaraq, fəal hərəkət edir, əl və ayaqlarını oynadır. Onun bütün hərəkətləri balanssızdır, lakin tədricən onlar daha koordinasiyalı olur. buna hələ 2-3 ay lazım olacaq.