İmişlidə sürücü qıcolama nəticəsində avtomobili aşırıb


Digərləri 03 Fev 2019 21:56:00 228 0

İmişlidə sürücü qıcolama nəticəsində avtomobili aşırıb

İmişli rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Son.az "Report"a istinadən bildirir ki, hadisə bu gün saat 11:10 radələrində İmişli-Şahverdili yolunda qeydə alınıb.

İmişli şəhər Depo küçəsində yaşayan, 1982-ci il təvəllüdlü Əliyev Elvin Əyub oğlu idarə etdiyi "VAZ-2107" markalı avtomobillə hərəkətdə olarkən, anidən qıc olduğunu gördükdə özünü itirərək yerə atılıb, maşın isə yolun kənarına aşıb. Sürücü İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.