Mərziyyə Haşimi: "İnancıma, kimliyimə görə həbs olundum"


Digərləri 03 Fev 2019 21:10:00 206 0

Mərziyyə Haşimi: "İnancıma, kimliyimə görə həbs olundum"

ABŞ-da aparılan gizli bir federal istintaq çərçivəsində şahid kimi həbs edilən 11 gündən sonra azadlığa buraxılan İranın Press TV kanalının aparıcısı Mərziyyə Haşimi, inancı və kimliyinə görə həbs edildiyini söyləyib.

Son.az deyerler.org-a istinadən bildirir ki, azadlığa çıxdıqdan sonra hadisə ilə bağlı RT-yə müsahibə verən Mərziyyə Haşimi, belə deyib: "Bir kəsi aradan götürməyin onlar üçün nə qədər asan olduğunu gördüm. Məni sadəcə olaraq oğurladılar, onlar nə ad verirlər versinlər, fakt budur ki, məni oğurladılar. Əgər oğlum orada olmasaydı, mənim harada və necə olmağımdan heç kəsin xəbəri olmazdı. Maraqlıdır bu daha neçə adamın başına gəlib?"

"Heç bir ittiham irəli sürülmədən həbs etməyin nə qədər ağılagəlməz bir şey ola biləcəyini hiss elədim", - deyən Mərziyyə Haşimi, dəstəkçilərinə bu cür hərəkətlərə son qoyulması üçün hərəkətə keçməli olduqları barədə mesaj verib.

Mərziyyə Haşiminin yaşadıqları ABŞ və Tehrandakı BMT iqamətgahları qarşısında etirazlara səbəb olub və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın rəsmi nümayəndələrini irqçilikdə ittiham edib.

Şahid kimi, həbs edilməsinə ehtiyac olmadığını, prokurorluğun onu məhkəməyə cəlb olunmaqla bağlı dəvət göndərməsi təqdirdə buna riayət edəcəyini bildirən Mərziyyə Haşimi, inancına və kimliyi ilə əlaqədar həbs olunduğunu deyib.

Mərziyyə Haşimi həbs prosesində yaşadıqlarına dair təfərrüatı isə AP-yə verdiyi müsahibəsində bildirib.

Yanvarın 13-də "Black Lives Matter" (Qaraların həyatları da dəyərlidir) hərəkatı ilə bağlı sənədli filmin çəkilişləri üçün getdiyi Missuri ştatının Sent Luis şəhərində hava limanında gözləyərkən adının səsləndirildiyini eşitdiyini qeyd edən Mərziyyə Haşimi, uçuşdan əvvəl ətraflı axtarış üçün çağırıldığını öyrəndiyini və axtarış aparılacaq bölməyə gələndə 2 FTB agenti tərəfindən saxlanıldığını bildirib.

Agentlərin ona federal istintaq çərçivəsində həbsdə olduğunu söylədiyini bildirən Mərziyyə Haşimi, gecə Sent Luisdə bir hoteldə qaldığını, səhəri günü təyyarə ilə Vaşinqtona aparıldığını deyib.