Evliliyi təşviq edən ölkələr


Digərləri 03 Fev 2019 21:05:00 200 0

Evliliyi təşviq edən ölkələr

nəfər tərəfindən qurulan həyat təkcə fərdi deyil, yaşadığı ölkəyə və hətta dünyaya təsir göstərən bir vəziyyətdir. Bəzi ölkələr evliliklərə çox isti baxmırlar, amma bəziləri nikahları təşviq edirlər.

Son.az gencaile.az-a istinadənevliliyi təşviq edən ölkələri təqdim edir:

ERMƏNİSTAN

Keçmişdə yaşanan müharibə səbəbindən Ermənistanda kişilərin sayı qadınların sayından daha azdır. Bu səbəbdən Ermənistan qadınların subay qalmamaları üçün bir sıra proqramlar həyata keçirir. Belə ki, Ermənistadan bir kişi bir neçə qadınla evlənə bilər. Ölkədə bir çox iş yükü də qadınların üzərindədir. Demoqrafik vəziyyət bu cür davam edəcəıyi təqdirdə ölkədə böyük problemlərin ortaya çıxa biləcəyi istisna edilmir.

AVSTRALİYA

Avstraliyanın böyük şəhərlərində bir qadına beş kişi düşür. Bu səbəbdən avstraliyalı qadınlar xarici kişilərin ölkəyə gəlməsini istəyirlər. Tarixin kişi sayı ən az olan ölkəsi adlandırıla biləcək Avstraliyada tanışlıq üçün xaricdən gələn kişilərə tətil hədiyyə edilir.

İTALİYA

Bu ölkədə doğum sayı az olduğu qədər evlilik faizi də olduqca aşağıdır. Hökumətin evliliyə təşfiqlə bağlı müxtəlif proqramlarına baxmayaraq bu ölkədə kişilər daimi evliliyə qarşıdırlar. Ümumilikdə normal qarşılanan bu vəziyyət bəzi bölgələrdə pis nəticələrə gətirib çıxarır və evlənə biləcək kişilərə müxtəlif pul mükafatları təqdim edilir.

Bu ülkede kadınlar evlenebilmek için başlık parası ödüyor!

RUSİYA

Qadınlarının sayının ən çox olduğu ölkələrin başında dayanan Rusiyada kişilərin içki düşkünü olması cinsi aktivliyin azalmasına gətirib çıxarır. Bu səbəbdən kişi tapa bilməyən rus qadınların çoxu çalışmaq üçün başqa ölkələrə üz tuturlar. Boşanma hallarının da yüksək olduğu Rusiyada bu vəziyyətin aradan qaldırılması üçün hökumət müxtəlif proqramlar həyata keçirir.

TAİLAND

Tailandda isə vəziyyət daha fərqlidir. Burada trans kişilərin çox olması səbəbindən qadınlar ailə həyatı qurmaqda böyük çətinlik çəkirlər. İstədikləri kişiləri tapa bilməyən tailandlı qadınlar çarəni xarici ölkələrdən olan kişilərdə axtarırlar.

MONQOLUSTAN

Qadınların sayının çox olduğu Monqolustanda arıq qadınlar cəmiyyətdə yaxşı qarşılanmır və bu səbəbdən evlənməkdə çətinlik çəkirlər. Dövlət həmin qadınlarla evlənəcək kişilərə dəstək göstərir. Hətta bəzi bölgələrdə həmin qadınlar onlarla evlənəcək kişilərə başlıq pulu verirlər.

SİNQAPUR

Dünyanın ən varlı ölkələrindən olan Sinqapurda evliliyə dəstək də olduqca yüksək səviyyədədir. Qadınların artan subaylıq probleminin qarşısının alınması üçün müxtəlif tədbirlər həyata keçirilir. Həmçinin gələcəkdə yaşana biləcək demoqrafik böhranın aradan qaldırılması üçün ailələrə 3 uşaq sahib olmaları təqdirdə böyük dəstək verirlir və qadınlara yüksək miqdarda doğum pulu ödənilir.

İSLANDİYA

Gözəl qadınların ölkəsi hesab edilən İslandiyada da kişilərin sayı azdır. İslandiyadakı bu problemin həllini hökumət miqrant axınında görür. Belə ki, islandiyalı qadınlarla evlənən xarici ölkə vətəndaşlarına hökumət tərəfindən 5 min dollar pul mükafatı veriləcəyi elan olunduqdan sonra ölkəyə kişi miqrantların axını dəfələrlə artdığından hökumət xəbərin yanlış olduğunu açıqlamışdı. Həmçinin ölkədə nikahdan kənar doğulan uşaqların da sayı kifayət qədər çoxdur.