Tramp: Xeyli miqdarda pul itirmişəm


Digərləri 03 Fev 2019 20:35:00 198 0

Tramp: Xeyli miqdarda pul itirmişəm

Birləşmiş Ştatların prezidenti Donald Tramp dövlət başçısı postuna gələndən sonra xeyli miqdarda pul itirdiyini bildirib.

Son.az insider.az-a istinadən bildirir ki, Donald Tramp itirdiyi pullara rəğmən öz işini çox sevdiyini deyib.

"Bu işə başlayandan bəri çox böyük məbləğdə pullar itirmişəm. Bu iş pul gətirmir. Hətta maddi baxımdan ən çox zərər verən işdir. Xoşbəxtlikdən pula ehtiyacım yoxdur. Çox adam deyir, filan ölkədən filankəs hoteldə qalır. Bəli, elədir. Lakin mən itirirəm və rəqəmlər ağlasığmaz dərəcədə böyükdür", - deyə Tramp bildirib.