Qarğalarla bağlı heyrətamiz kəşf


Digərləri 03 Fev 2019 20:40:00 285 0

Qarğalarla bağlı heyrətamiz kəşf

Qarğalar ölülərinin yanında qəribə davranışlar nümayiş etdirən quşlardır. Bu quş növü ölülərinin ətrafında toplanıb yüksək səslə oxuyurlar.

Son.az islaminsesi.info-ya istinadən bildirir ki, bəziləri bunun bir növ dəfn mərasimi olduğunu iddia edir, amma əslində elm adamlarının əlində ehtimallardan başqa bir sübut olmadığı üçün bu qəribə davranışlar öz sirrini qorumaqdadır.

Bu məsələni araşdırmaq üçün bir təcrübə aparılıb. Tədqiqatda daha əvvəlki araşdırmalardan aşkar edilmiş qarğaların özlərinə təhdid kimi qəbul etdiyi simaları unutmadığı dəlilindən də istifadə edilib.

Əldə edilən məlumatlara əsasən qarğalar təhdid kimi gördükləri simaları başqalarına da ötürmə qabiliyyətinə malikdirlər. Beləcə, illər keçmiş olsa belə qarğalar sürü halında həmin simalı şəxsə qarşı qarıldamağa başlayırlar.

Təcrübə zamanı qarğaların qəzəbini çəkməmək məqsədilə bir şəxsə həqiqətə oxşar bir maska taxılır. Vaşinqton Universitetindən Kaeli Sviftin qarğalara bir qədər öncə yemək verdiyi bölgəyə maskalı şəxs göndərir. Burada Svift, qarğalara yemək verərkən, maskalı şəxs də 30 dəqiqə ərzində əlində ölü qarğa tutaraq Sviftə yaxınlaşır. Sviftin dediyinə görə, əlində ölü qarğa tutan maskalı şəxsin gəlişi ilə quşlar onlara verilənləri yeməklərdən tamamilə çəkinirlər. Bundan sonra qarğalar sürü halında toplanıb özlərinə təhlükə hesab etdikləri şeylərə qarşı yüksək səslə qarıldayaraq, hücum etməyə başlayırlar.

Tədqiqatçılara görə, bu davranışın birdən çox məqsədi olar bilər: təhlükəyə qarşı əks reaksiya, ağalıq nümayişi , təhlükəli şəxs, ya da ərazi ilə bağlı kütləvi təlimlər.