Yatmazdan qabaq 1 qaşıq bal yeməyin


Digərləri 03 Fev 2019 20:02:00 268 0

Yatmazdan qabaq 1 qaşıq bal yeməyin

Bal əsl sağlamlıq iksiridir. Qədim təbiblər balın köməyi ilə az qala bütün xəstəlikləri müalicə edirdilər.

Son.az saglamolun.az-a istinadən bildirir ki, bal orqanizmə güclü profilaktik təsir etdiyi üçün qida mütəxəssisləri hər gün bir neçə qaşıq təbii bal yeməyi tövsiyə edirlər. Yatmazdan qabaq 1 çay qaşığı bal yemək də çox faydalı sayılır.  Bunun bir neçə səbəbi var:

- Bal yuxusuzluqla mübarizədə kömək edir, sakitləşdirir. Ballı süd ən tanınmış və effektli təbii "yuxu dərmanı"dır.

- Piyləri əritməyə yardım edir. Elmi araşdırmalar göstərir ki, balın müntəzəm istehlakı piylərin yandırılmasını sürətləndirir.

Hətta xüsusi ballı pəhriz var ki, bu pəhrizdə şəkər tam olaraq balla əvəz olunur.