Kürdəmirdə 1 nəfər yol qəzasında xəsarət alıb


Digərləri 03 Fev 2019 19:49:00 206 0

Kürdəmirdə 1 nəfər yol qəzasında xəsarət alıb

Kürdəmir rayonunda yol qəzası baş verib.

Son.az "Report"a istinadən bildirir ki, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Karrar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Mingəçevir şəhər sakini, 1941-ci il təvəllüdlü Yaşar Nəsib oğlu Mütəllimovun idarə etdiyi "99-FX-275" dövlət qeydiyyat nişanlı "VAZ-21015" markalı minik avtomobili idarəetmədən çıxaraq beton maneələrə çırpılıb. Nəticədə Mingəçevir şəhər sakini, 1954-cü il təvəllüdlü Solmaz Nurəddin qızı Quliyeva müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Zaqatala rayonunda yol qəzası baş verib.