Premyer Liqa: "Qarabağ" - "Neftçi" matçının ilk hissəsi qollu bərabərliklə başa çatdı


Digərləri 03 Fev 2019 19:38:00 198 0

Premyer Liqa: "Qarabağ" - "Neftçi" matçının ilk hissəsi qollu bərabərliklə başa çatdı

Bu gün Azərbaycan Premyer Liqasında XV turun mərkəzi oyunu keçirilir

Bakı. Bu gün Azərbaycan Premyer Liqasında XV turun mərkəzi oyunu keçirilir. Trend-in məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ" klubu "Neftçi"ni qəbul edir. Oyunun ilk dəqiqələri meydan sahibi oyuna fəal başlayaraq 6-cı dəqiqədə D.Kintananın qolu ilə hesabı aça bilib - 1:0.