Zehnimizə qəfil gələn müsbət fikirlərin mənbəyi


Digərləri 03 Fev 2019 19:20:00 187 0

Zehnimizə qəfil gələn müsbət fikirlərin mənbəyi

Bəzən bir şey haqqında düşünürük və onun cavabını tapmağa çalışırıq, amma çətinlik çəkirik. Qəfildən bu zaman zehnimizə bir fikir gəlir və bizə yardım edir. Halbuki, bu fikir və bu elm bizim zehnimizdə heç bir zaman olmamışdır və yaxud sadə məntiqi yolla buna çatmaq çox müşkül bir işdir. Bəs bu elmin mənbəyi kimdir və haradandır?

Son.az deyerler.org-a istinadən bildirir ki, bu elm o kəs tərəfindən əta olunar ki, həmin elmə malik olar. Allah Təala - Mütləq Alimdir və mələklərinə verdiyi elm də qeybi və ladoni elmdir. Mələklər bu elm sayəsində insanlara ilham yolu ilə yardım edər və şeytanın (lən) vəsvəsələrindən xilas edərlər.

Ona görə deyə bilərik ki, bizim zehnimizə gələn fikirlərin ilham mənbəyi - mələklərdir. Çünki onların vəzifələrindən biri elə budur.

Bəli, biz hər an mələklərlə birlikdə yaşayır və onların ilhamlarına diqqət edirik, özümüz də bunu bilmədən.

Təəccüblüdür ki, bəzi cahil insanlar qeyb xəbərlərini əldə etmək üçün cinlərin sorağına gedirlər. Bu düzdür ki, onlar da bəzi elmlərdən ibtidai səviyyədə xəbərdardırlar. Bu elmlərin bəzisi insanlardan gizli saxlanılır. Ancaq cinlərlə rabitə qurmaq insana ziyandan başqasını gətirməz. İnsanın tərəqqi etməsinin qarşısını almaqla yanaşı, onu yolundan azdırar. Cinlərlə kontakta girən insan, ruhi xəstəliklər də tutar.