Rusiya gəmisindən 9.5 ton kokain çıxdı:


Dünya 03 Fev 2019 19:09:00 220 0

Rusiya gəmisindən 9.5 ton kokain çıxdı:

Balaca ada dövlət olan Kabo-Verdedə hakimiyyət orqanlarının göstərişi ilə Rusiyaya məxsus gəmidə axtarış aparılıb. Yerli polis 9.5 tondan çox kokain aşkar edilərək müasdirə olunub. Hadisə ilə bağlı 11 rusiyalı dənizçi həbs olunub.

Son.az musavat.com-a istinadən xəbər verir ki, yerli televiziya müsadirə olunmuş kərpic formalı kokain bağlamalarını nümayiş etdirib. Bağlama plastik materialla örtülü olub.

Ada-dövlətin məmurları deyib ki, gəmi Cənubi Amerikadan gəlib və Mərakeşə gedəcəkmiş. Ancaq Rusiya gəmisi dənizçilərdən birinin ölməsi səbəbindən ada-dövlətin sahilərinə yan alıb. Kabo-Verde polisinə Portuqlaiya və Fransa polisi də yardım göstərib.