Kartof göndərdilər, içindən qumbara çıxdı FOTO


Dünya 03 Fev 2019 18:50:00 303 0

Kartof göndərdilər, içindən qumbara çıxdı  FOTO

100 il öncə Fransada atılan alman qumbarası Honkoqda vahimə yaşatdı

Son.az musavat.com-a istinadən xəbər verir ki, Honkonqda cips istehsal edən fabrikə Fransadan kartof göndərilib. İş prosesi zamanı kartoflar arasında şübhəli əşya aşkarlanıb. Araşdırma zamanı yerli polisə bəlli olub ki, narahatlıq yaradan Almaniya istehsalı olan əl qumbarasıdır. I Dünya Müharibəsi zamanı Fransa ərazisində istifadə edilib. Həmin qumbaranın istehsalının üstündən 100 ildən artıq vaxt keşib. Yerli mütəxəssislərin müdaxiləsindən sonra həmin qumpara xüsusi nəzarət altında sıradan çıxarılıb. Polis deyib ki, qumbaranın partlaması üçün fitili çəkilibmış, amma xoşbəxtlikdən o partlamayıb. Lakin istənilən an partlaya bilərmiş.


Xəbərə aid foto