3 gənc 28 bıçaq zərbəsi ilə öldürdükləri sürücünün


Kriminal 03 Fev 2019 18:26:00 299 0

3 gənc 28 bıçaq zərbəsi ilə öldürdükləri sürücünün

19 manata görə taksi sürücüsünü öldürməkdə təqsirləndirilən şəxslər növbəti hakim qarşısına çıxarılıb.

Son.az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Pərviz Məmmədov, Rahin Hüseynov və Şamil Bayramovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.  Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Şahid Eldar Məmmədov təqsirləndirilən şəxslərin üçünü də Sumqayıtda kafedə gördüyünü deyib. Məlum olub ki, təqsirləndirilən şəxslər sürücünü qətlə yetirdikdən sonra həmin kafeyə gedərək çay içiblər, sonra da oradan çıxaraq taksiyə miniblər.

Digər şahid Elxan Mehrəliyev isə dindirilərkən deyib ki, yol kənarında maşının ağaca çırpılaraq dayandığını görüb. Maşına yaxınlaşarkən sürücünün qan içərisində olduğunu görüb və polisə məlumat veriblər. Məhkəmədə şahid qismində ehtiyatda olan polkovnik Abbasqulu Məmmədov da ifadə verib. Polkovnik də sürücünün qətlə yetirildiyi maşını yol kənarında görüb.  O deyib ki, maşının ağaca çırpıldığını görüb və yardım üçün oraya yaxınlaşıb. Şahidlərin dediklərindən məlum olub ki, qətlə yetirilən taksi sürücüsü Aydın Şıxəliyev 28 bıçaq zərbəsi aldıqdan sonra maşını idarə etməyi bacarıb. O, özünü xəstəxanaya çatdırmağa çalışıb. Lakin qanitirmədən yolda keçinib. Maşın da ağaca çırpılaraq dayanıb.