Makron “sarı jiletlilər”lə bağlı referendum keçirir


Dünya 03 Fev 2019 18:18:00 227 0

Makron “sarı jiletlilər”lə bağlı referendum keçirir

Fransa prezidenti Emmanuel Makron ölkədə aylardır davam edən kütləvi etiraz aksiyalarına son qoymaq məqəsdilə referendum keçirmək niyyətindədir.

Son.az musavat.com-a istinadən xəbər verir ki, Fransanın "Journal du Dimanche" qəzetinin yazdığına əsasən, E.Makron ümumxalq səsverməsinin mayın 26-da, yəni Avropa Parlamentində keçirilən seçkilərlə eyni gündə baş tutmasını istəyir. Artıq bununla bağlı seçki bülletenlərini çap edən nəşriyyatlara müraciət edilib. Qəzetin xəbərində refrendumda vətəndaşların önünə hansı sualların qoyulacağına aydınlıq gətirilməyib.

Qeyd olunur ki, "sarı jiletlilər" hərəkatının fevralın 2-də təşkil etdiyi son aksiyalara 60 minə yaxın şəxs qoşulub.