Hava limanının təxliyə edilməsinə səbəb olan şəxsə qarşı ittiham irəli sürüldü


Dünya 03 Fev 2019 18:07:00 213 0

Hava limanının təxliyə edilməsinə səbəb olan şəxsə qarşı ittiham irəli sürüldü

Avstraliyanın Kvinslend ştatının polisi ötən gün Brisben hava limanının təxliyə edilməsinə səbəb olan şəxsə qarşı ittiham irəli sürüb.

Son.az Trend-ə istinadən bildirir ki, 50-yaşlı kişi polisə qarşı müqavimət göstərməkdə, soyuq silahla təqib etməkdə və yanlış ifadə verməkdə ittiham edilir.

Qeyd edilir ki, ittiham olunan şəxs fevralın 4-ü Brisben məhkəməsinə çıxarılacaq.