Ərəbistanda alkoqollu içkilərin satışına icazə veriləcək?


Dünya 03 Fev 2019 18:00:00 219 0

Ərəbistanda alkoqollu içkilərin satışına icazə veriləcək?

Səudiyyə Ərəbistanında mehmanxana və restoranlara alkoqol satışına icazə veriləcəyi ilə bağlı gəzən şayiələri hökumət rəsmən rədd edib.

Son.az musavat.com-a istinadən xəbər verir ki, Bələdiyyə Nazirliyinə və Kənd Təsərrüfatı İşləri idarəsinə aid edilən saxta məktub xeyli müddət idi ki, sosial şəbəkələrdə müzakirə olunurdu. İddiada deyilirdi ki, hökumət müəyyən ərazilərdə müştərilərə alkoqollu içkilər təklif olunmasına imkan verəcək.

Belə bir şayiənin ortaya çıxması isə Əyləncə Məsələləri üzrə məsul şəxslərin verdiyi bəyanat olub. Onlar bildirib ki, mehmanxana və restoranlarda canlı musiqi ilə yanaşı, digər artistlərin çıxışlarına da icazə veriləcək.

"Saxtalaşdırma açıq-aydındır və hər kəs bunu asanlıqla müəyyən edə bilər", - rəsmilərin bəyanatında belə deyilir. Qeyd olunur ki, bəzi dairələr bu saxta məktubla Səudiyyə Ərəbistanının beynəlxalq nüfuzuna zərbə endirməyə cəhd göstərib.