Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi bina bərpa olunacaq


Digərləri 03 Fev 2019 15:33:00 219 0

Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi bina bərpa olunacaq

Gürcüstanın paytaxtı Tbilisi şəhərində yerləşən Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) elan olunduğu bina bərpa olunacaq.

Son.az report-a istinadən bildirir ki, Tbilisi İnkişaf Fondu indiki "Gənclər sarayı" kimi fəaliyyət göstərən binanın yenidən qurulması ilə bağlı tender elan edib.

Tenderdə iştirak etmək istəyən şirkət mədəni irs abidələrinin bərpa olunmasında təcrübəyə malik olmalıdır.

Təkliflərin qəbulu fevral ayının 11-də başa çatacaq. Tenderdə qalib gələcək şirkət Tbilisi İnkişaf Fonduna 10 dekabr 2019-cu il tarixinə qədər hazır layihə təqdim etməlidir.