AYİB Azərbaycanda iqlim dəyişikliyi ilə mübarizə layihələrinə sərmayə yatırmağa hazırdır


Digərləri 03 Fev 2019 14:57:00 223 0

AYİB Azərbaycanda iqlim dəyişikliyi ilə mübarizə layihələrinə sərmayə yatırmağa hazırdır

Avropa Yenidənqurma və İnkişaf Bankın (AYİB) Azərbaycanda iqlim dəyişikliyi ilə mübarizə üzrə layihələrə sərmayə yatırmaqda maraqlıdır.

Son.az xəbər verir ki, bu barədə Trend-ə bankın Azərbaycandakı nümayəndəliyinin rəhbəri İvana Duarte deyib.

İ.Duarte bildirib: "AYİB iqlim layihələrinin maliyyələşdirilməsi sahəsində öz hədəflərinə nail olmaq üçün işlərini davam etdirir və 2018-ci ildə bankın sərmayələrinin 36 faizi yaşıl iqtisadiyyatın dəstəklənməsinə yönəldilib. Bu tendensiyanı biz Azərbaycanda da təkrarlamaq istərdik".

Azərbaycandakı nümayəndəliyin rəhbəri qeyd edib ki, AYİB iqtisadiyyatın diversifikasiyasına söykənən müxtəlif sektorlarda münasib layihələri nəzərdən keçirməyə hazırdır.