Dünyada yeni ölümcül virus yayılır


Digərləri 03 Fev 2019 12:32:00 226 0

Dünyada yeni ölümcül virus yayılır

Qərbi Afrika ölkəsi olan Nigeriyada heyvanlardan insanlara keçən və ölümcül olan "Lassa" adlı virus peyda olub. Son günlər ortaya çıxan bu virusdan artıq 42 nəfərin öldüyü bildirilir.

Son.az musavat.com-a istinadən xəbər verir ki, Nigeriya Xəstəlik Yoxlama Mərkəzindən verilən açıqlamaya görə, virus ölkənin Bauchi, Benue, Ebonyi, Kaduna və Taraba başda olmaqla, 16 əyalətinə yayılıb. Ölkə boyu 538 nəfərin virusa yoluxduğu, onlardan 42 nəfərinin həyatını itirdiyi bildirilir.

Nigeriya hökuməti virus səbəbilə ölkədə fövqəladə vəziyyət elan edib.