Azərbaycanda mikroavtobus iki qadını vurdu


Digərləri 03 Fev 2019 12:39:00 205 0

Azərbaycanda mikroavtobus iki qadını vurdu

İsmayıllı rayonunda iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az report-a istinadən bildirir ki, hadisə Qaraməryam-İsmayıllı-Şəki yolunun rayon ərazisindən keçən hissəsində baş verib.

Qəbələ sakini idarə etdiyi "Ford" markalı sərnişin mikroavtobusu ilə Bakı istiqamətində hərəkətdə olarkən, yolu keçmək istəyən rayonun Mican kənd sakinləri - 1963-cü il təvəllüdlü Mahmudova Qənirə Afət qızı və 1962-ci il təvəllüdlü Paşayeva Ramilə Dursunəli qızını vurub. Yaralılar dərhal İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yaralılardan Q.Mahmudovanın vəziyyəti ağır olduğundan o, Bakıdakı xəstəxanaların birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Goranboyda avtomobil piyadanı vurub.