İraq və İordaniya arasında neft kəməri çəkiləcək


Dünya 03 Fev 2019 12:13:00 237 0

İraq və İordaniya arasında neft kəməri çəkiləcək

 İraq və İordaniya Bəsrə və Akaba limanlarını birləşdirəcək neft kəmərinin inşası barədə razılıq əldə edib. Bağdad həmçinin Əmmana Kərkük yataqlarından gündəlik 10 min barel neft tədarük etməyə başlayacaq.

Son.az bildirir ki, "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə İraq və İordaniyanın baş naziri Adil Əbd əl-Mehdi və Ömər Razzazın birgə bəyanatında qeyd olunub.

"Tərəflər İraqın Hadita regionundan keçməklə Bəsrədən İordaniyanın Akaba limanınadək uzanacaq neft kəmərinin inşası üçün lazım olan tədqiqatlara başlamaq barədə razılığa gəliblər. Bu, İraqın neft ixracı kanallarının şaxələndirilməsini təmin edəcək", - bəyanatda bildirilir.