Kanadalı xanımı zorlayan iki Fransa polisi tutuldu FOTO


Dünya 03 Fev 2019 11:54:00 237 0

Kanadalı xanımı zorlayan iki Fransa polisi tutuldu  FOTO

7 il həbs, 20 min avro cərimə...

Bu günlərdə Fransaya şok yaşadan olayın təfərrüatı barədə yazmışdıq. Kanadadan Parisə gələn Emily Spantonun başına gələn macəralar yenidən Qərb medasının mərkəzindədir. Atası Toronto şəhərində polis bölməsinin rəhbərlərindən biri olmuş xanım Emily polislərə uşaqlıqdan inam ruhunda böyüdülüb. Elə bu səbəbdən də kanadalı xanım fransalı polislərin qəfil təklifinə etiraz etməyib.  Son.az musavat.com-a istinadən xəbər verir ki, hadisə Parisdəki irland barların birində baş verib. Sərxoş olan qadın iki yerli polislə eyni masanı bölüşüb. Onlar birgə xeyli əyləniblər. Sonda polislərdən təklif gəlib: "Gəlin sizi yaxınlıqda yerləşən Polis İdarəsinə aparaq. Biz də o idarədə işləyirik."  Xanim Polis İdarəsinin Mərkəzi Ofisinin 5-ci mərtəbəsinə qalxır. 461 nömrəli otağa daxil olur: "Orada həyatımın ən dəhşətli gecəsini yaşadım".