Stokholmda mehmanxanada bomba tapıldı:


Dünya 03 Fev 2019 11:41:00 222 0

Stokholmda mehmanxanada bomba tapıldı:

İsveçin paytaxtı Stokholm şəhərində fəaliyyət göstərən mehmanxanalardan birində əldəqayırma partlayıcı qurğu aşkarlanıb.

Son.az bildirir ki, bu barədə "Report" "İzvestiya.ru"ya istinadən xəbər verir. Məlumata görə, faktla bağlı mehmanxanada qalan cütlük saxlanılıb.

Saxlanılanlar 20 yaşlı kişi və 25 yaşlı qadındır. Onlar daha əvvəl narkotiklərin dövriyyəsi ilə bağlı qanun pozuntusuna görə mühakimə ediliblər.

Saxlanılan qadın iddia edib ki, o, İsveçin böyük mətbu orqanının əməkdaşıdır.