Bakının məşhur otelində azyaşlı qız evli kişi tərəfindən zorlanıb


Kriminal 03 Fev 2019 11:35:00 232 0

Bakının məşhur otelində azyaşlı qız evli kişi tərəfindən zorlanıb

Bakıda yetkinlik yaşına çatmayan qız evli kişi tərəfindən zorlanıb.

Son.az xəbər verir ki, bu barədə yenicag.az-a zərərçəkmiş şəxsin atası T.Quliyev (ad şərtidir-red) məlumat verib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs "Ambassador" otelin marketinq üzrə meneceri Əhmədov Nəriman Asif oğludur. O, işlədiyi "Ambassador" otelinin otağında 09 noyabr 2018-ci il tarixində yetkinlik yaşına çatmayan azyaşlı qızı zorlayıb.

İddiaya görə, həmin şəxs yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olan zaman videoçəkiliş də aparıb. Maraqlı məqam isə ondan ibarətdir ki, hadisə üzə çıxandan sonra 26 yaşlı şəxs telefonunu dəyişdirib və qızla arasında olan yazışmaları silib.